VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Xəzər" telekanalında "Diqqətli ol" verilişinin aparıcısı Yalçın Alməmmədov Bakıda maraqlı sosial test keçirib.
 
BAKU.WS-in məlumatına görə, Bakı sakinlərini çətin vəziyyətə salan sosial test bundan ibarətdir ki, respondentlərə 2 ay müddətində bir adada ac-susuz yaşamaq təklif edilir. Bunun qarşılığında həmin şəxsin hər gününə 300 manat pul veriləcək.
 
Bundan başqa, bu layihədə 1-ci yeri tutana 10000 AZN, 2-ci yerin sahibinə 5000 AZN, 3-cü yerə isə 2500 AZN mükafat veriləcək. Sosial testin iştirakçılarının hamısı bununla razılaşsa da sonda necə deyərlər aparıcının "tələsinə" düşürlər. Belə ki, Yalçın Alməmmədov respondentlərə gözləmədiyi sualı verir: "Bəs, oruc tutursunuz?"
 
2 ay adada ac-susuz qalmağa razı olan paytaxt sakinlərinin əksəriyyəti "Xeyir" cavabını verib.
 
Maraqlı sosial testi sizə təqdim edirik.
 
Murad Səmədov 
BAKU.WS