VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son günlər sosial şəbəkələrdə insanların ictimai yerlərdə qısa şortla gəzməsi ciddi müzakirə mövzusuna çevrilib. Bu geyim tərzini dəstəkləyənlər də var, buna qarşı çıxanlar da. Hər iki tərəfin arqumentləri kifayət qədərdir. APA TV paytaxt sakinlərinin bu mövzuya münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Beləliklə, ictimai yerlərdə xüsusilə kişilərin qısa şortla gəzməsinə necə baxırsınız?
 
Birmənalı şəkildə bu, rüsvayçılıqdır. Ayıbdır. Bax, elə bir az əvvəl mən dayanmalı oldum ki, o getsin. Orucluğun günündə...
 
Düzdü, deyirlər ki, müasir Azərbaycandır, amma məncə, buna yaxşı baxılmamalıdır. Şort geyilməməlidir. Şort çimərlik yerlərində ola bilər. İlk növbədə də qadınlar üçün.
 
Hər kəsin öz zövqünə görədir. Kim necə istəyir, elə də geyinir. Müasir dövrdür, kim necə istəyir elə də geyinir və hərəkət edir.
Düzgün baxmıram. Milli mentalitetə uyğun deyil. Belə şeyləri evdə geyərlər.
 
Yaxşıdır. Pis deyil.  
 
İnsanlar ailəsi ilə çölə-bayıra çıxır. Münasibətim yaxşı deyil. Camaatın ailəsi, uşağı var. İstər-istəməz kim isə ona baxır, o da nümunə götürüb başlayır şort geyinməyə. Geyinmək olar, haradasa dizdən iki qarış aşağı olsa. Çox qısa şort geyinməyə pis baxıram. Ancaq Azərbaycana aid edirəm, çünki İslam ölkəsiyik. Yaramır.
 
Pis. Yaxşı baxmıram. Bizim mentalitetə uyğun gəlmir. Gənclər yaxşı geyinmir. Düzgün geyinmirlər. Yaşlılar buna yaxşı baxmır.
 
Pis baxıram. Bizə yaraşmır.
 
Buna qətiyyən imkan vermək olmaz. Bu, İslam əxlaqına ziddir. Körpə uşaqlara elm öyrənmək əvəzinə, şort geymək öyrənirlər. Məgər buna ehtiyac var? Bunun ictimai təhlillərini aparmırlar. Biz uzun illər bunun təhlilini aparmışıq. Sosioloji nəticələrini təhlil etmişik. Gəlin araşdırma aparaq, görək körpələrə, gənc nəslə mənfi təsirləri nədir və ictimaiyyətə xeyri nədir? Arqumentləri tərəzinin hər iki gözünə qoyaq. Xeyrimiz olsa, bu yolla gedək.
 
Pis. Çünki müsəlman ölkəsidir.
 
Məncə, düz deyil. Baxır, şortun uzun ya qısa olmasına. Xalqın anası, bacısı var.
 
Məncə, hər kəsin öz fikri var.
 
Bizim üçün yerli adət-ənənələri qiymətləndirmək çox çətindir. Bizim üçün bu, normaldır.
 
Əgər cənub ölkəsidirsə və istidirsə, buna müsbət baxıram. Şortun qısa ya uzun olması məsələsi var. Əgər xanım çimərliyə getmək üçün şort geyinibsə, bu, normaldır. Normal uzunluqdadırsa, ictimai yerlərdə də geymək olar.
 
Normal baxıram. Hər kəsin şəxsi fikridir. Müdaxilə edə bilmərəm.
 
Əslində, düzgün deyil.
 
Pis. Çünki bizim milli adət-ənənəyə uyğun deyil.
 
Pis baxıram. Bizim mentalitetə uyğun deyil. 
 
BAKU.WS