SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Bakının mərkəzində fleşmob keçirilib.
 
BAKU.WS-in məlumatına görə, 11-ci sinif məzunları Nizami küçəsində rəqs ediblər.
 
Uşaqlar ətrafdakı insanlara fikir vermədən Bruno Marsın Uptown mahnısına sinxron olaraq hərəkət ediblər. 

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng” çalınır.

Təhsil naziri Mikayıl Cabbarov "Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, "Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.
 
Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. 

İman
BAKU.WS