SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıtda məktəb stadionu ərazisində tikinti işləri aparılır. Yaxınlıqda yaşayan sakinlər bundan narahatdırlar. Şəhər icra hakimiyyətindən isə bildirilib ki, həmin ərazidə sosial evlər tikiləcək.

Məktəbin meydançasında tikinti işləri gedir. Bəzi ərazilərdə tikilinin təməli atılıb, kənarlarda isə texnikalar işləyir.

Görüntülər Sumqayıtdandır. Şəhərin 12-ci mikrorayonunda 20 saylı yaşayış binasının bir qrup sakini həmin ərazidə məktəb meydançasının qəsdən dağıdıldığını və orada qeyri-qanuni tikintinin aparıldığını iddia edir.

Sakinlər deyirlər ki, 21 saylı məktəbin idman meydançasında tikinti işlərini yaxınlıqda hündürmətəbəli yaşayış binalarını inşa edən şirkət həyata keçirir.

Çəkiliş apardığımız əraziyə elə həmin şirkətin nümayəndələri gəldilər, ancaq məsələyə münasibət bildirmədilər. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən isə dedilər ki, həmin ərazidə qapalı futbol meydançası tikilir. Sahənin digər münasib yerlərində isə sosial evlər inşa olunacaq.
 
BAKU.WS