VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Novruz yaxınlaşdıqca bayram bazarlığı üçün alış-verişə çıxanlar da artır. İnsanlar sərfəli qiymətə bazarlıq üçün əsasən yarmarkalara üz tuturlar. Ancaq heç də hər kəs yarmarkalardakı qiymətlərdən razı deyil.

Yarmarkalarda tələbatın ən çox olduğu məhsul Novruza uyğun olaraq qoz-fındıq və badamdır. Bu məhsullar həm qabıqlı, həm qabıqsız təklif olunur. Belə ki, qabıqlı qoz 6 manat, qoz ləpəsi - 16 manat, fındıq 7 manat, fındıq ləpəsi - 15 manat, badam - 10 manat, ləpəsi 19 manat-dan başlayır. Ancaq daha yüksək məbləğə çərəz təklif edən satıcılar da var. Kişmiş, iydə və digər meyvə qurularının isə qiyməti belədir.

Yarmarkada meyvə-tərəvəzin də qiymətləri müxtəlifdir. Almanın kilosu 50 qəpikdən 3 manata qədər, banan 3 manat, mandarin 2 manat 50 qəpik-4 manat, apelsin 2-4 manat, kivi 3 manat, nar 3 manatdır.

Alıcılar isə əsasən meyvələrin bahalığından şikayətlənirlər. Yarmarkada qoyun əti 7 manat, mal əti isə 8 manatdan təklif olunur. Hinduşka ətinin 1 kilosunu isə 9 manata almaq olar.

Kənd təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2000 tondan çox məhsul, 10 tondan artıq isə ət məhsulu yarmarkalara çıxarılıb.

Lənkəranda da bayram yarmarkası təşkil olunub. Kənd təsərrüfatı məhsullarına tələbatı ödəmək məqsədilə keçirilən yarmarkaya 30-dan artıq şirkət və müəssisədən 450 tondan çox məhsul çıxarılıb. Yarmarkaya Lənkəran və ətraf rayonlardan müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyatlar gətirilib.
 
BAKU.WS