SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda xəstəxana bərbad vəziyyətə düşüb. 

BAKU.WS-in məlumatına görə, SƏS TV Tovuz rayonu Düzqırıqlı kənd xəstəxanasında olub. Müşahidələrdən də aydın olduğu kimi indi xəstəxana acınacaqlı və qəzalı vəziyyətə düşüb.
 
Yerli sakinlər bildirir ki, əvvəllər sözügedən xəstəxanaya müraciət edirdilər. Bu xəstəxana yaxınlıqda yaşayan sakinlərin işini xeyli asanlaşdırırdı. Sonradan xəstəxananın qəzalı vəziyyətə düşməsi stasionar müalicəni mümkünsüz edib. Buna görə də kənd sakinləri rayon xəstəxanasına getməyə məcbur olur.
 
Vaxtı ilə respublikada ən yaxşı xəstəxanalardan biri olan Düzqırıqlı kənd xəstəxanasında indi vəziyyət ürəkaçan deyil. Tibb işçiləri deyir ki, xəstələr müalicə üçün gəlsələr də onları burada qəbul edə bilmirlər. Çünki şəraitsiz vəziyyət buna imkan vermir. 
 
Nazim Babayev
BAKU.WS