VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.
 
Avtosfer.az-ın xəbərinə görə, Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə "kömək" təklif edirlər. Onlar təxminən 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər.
 
Artıq Dərnəgül yolunda evakuator sürücülərinin biznesi genişlənməyə başlayıb.
 
BAKU.WS