VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İspaniyanın nəhəng klublarından biri "Real Madrid" forma üçün tarixin ən bahalı müqaviləsinə imza atmağa hazırlaşır.

BAKU.WS-in məlumatına görə, "Adidas" şirkəti ilə olan sponsorluq müqaviləsini yeniləmək fikrində olan "Kral Klubu" bu razılaşmadan illik 140 milyon avro qazanacaq.

İspaniyanın "Marca" qəzetinin iddiasına görə 10 illik razılaşmaya əsasən "Real Madrid" "Mançester Yunayted"ə aid olan 98 milyon avroluq rekordu da ötəcək. 

Madrid təmsilçisi bu razılaşma ilə kassasına tam 1,4 milyard avro qoyacaq və iqtisadi mənada inanılmaz bir qazanc əldə edəcək.
 
BAKU.WS