SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan K-1 döyüşçüsü Zabit Səmədov bu dəfə rinqdə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla qarşılaşıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Ramzan Kadırov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, ötən gün axşam dünyanın məşhur kikboksçusu ilə rinqdə görüşüb:
 
"Mənim əziz qardaşım Zabit Səmədovla mübarizə apardıq. Biz qardaş kimi yarışdıq. Boks dörd raund davam etdi. O, yaxşı reaksiyaya malikdir, əla qorunur. Mənim üçün Z.Səmədovla birgə rinqdə olmaq böyük şərəfdir. O, idman dünyasında ləyaqətli yer tutan insandır. O, əməyinin, güclü iradəsinin hesabına tanınıb".
 
Kadırov bildirib ki, bu cür idmançılarla məşq etmək istənilən boksçu üçün yaxşı dərsdir. Çeçenistan Respublikasının başçısı həmçinin əlavə edib ki, İznaur Musayevlə də bir raund görüş keçirib. Daha sonra onlar trenajor zalında məşqlərini davam etdiriblər. 

ŞAHİN Həbibov
BAKU.WS