SİZİN REKLAM BURADA!
055 213 76 73



Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ" klubu ilə müqaviləsini yeniləməsindən danışıb.

"Report"un məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlama verib.

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm", - o deyib.

Aqolli söz verib ki, əvvəlki 8 ildə göstərdiyi oyunu qarşıdakı mövsümdə də ortaya qoyacaq: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".

Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb.

BAKU.WS