VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb. BAKU.WS-in məlumatın agörə, mövsümə “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulub.

Ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra ilk 3 yerdə qərarlaşmış komandalar medallarına qovuşublar.

Komandalara mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, “Qarabağ” mövsümü birinci, “Qəbələ” ikinci, “Neftçi” isə üçüncü pillədə başa vurub.

BAKU.WS