» » Qadın güləşçimiz olimpiadaya vəsiqə qazanıb


16-05-2018 | 22:00

  • 312

Qadın güləşçimiz olimpiadaya vəsiqə qazanıb


Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

BAKU.WS Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub.

Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Nigar Mirzəzadə isə yarımfinalda uduzduğundan bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə mayın 17-si saat 20:00-da başlayacaq.

43 kq
FİNAL - Valeriya Kapustsina (BLR) - Şahanə Nəzərova
1/2 final - Luçana Bekbaulova (RUS) - Şahanə Nəzərova 0:5
1/4 final - Justine Viqurox (FRA) - Şahanə Nəzərova 0:10
1/8 final - Şahanə Nəzərova - İrena Binkova (BUL) 10:0 (15 san.)

49 kq
1/4 final - Sevinc Əhədova - Roza Szenttamasi (HUN) 4:4*
1/8 final - Maria Ramos Diaz (ESP) - Sevinc Əhədova 0:10 (36 san.)

57 kq
1/4 final - Elnurə Məmmədova - Anastasia Blayvas (GER) 0:4
1/8 final - Elnurə Məmmədova - Zsofia Agoston Palko (ROU) 7:0

65 kq
Bürünc medal görüşü - Nigar Mirzəzadə
1/2 final - Nigar Mirzəzadə - Noemi Szabados (HUN) 0:4
1/4 final - Nigar Mirzəzadə - Tatyana Malışitskaya (BLR) 7:2
1/8 final - Elina Ziedina (LAT) - Nigar Mirzəzadə 2:2*

Xatırladaq ki, Avropa çempionatı oktyabrın 12-14-də Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə üç nəfər olmaqla finalçılar və bir nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 094 Əsas Xəbər / Sosial