SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur idmançılarımız sosial çarx üçün bir araya gəlib kamera önünə keçdilər.

BAKU.WS xəbər verir ki, onlar BMT-nin Əhali Fondu Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qız uşaqlarının dəyərinin təşviqi məqsədilə gənclərin maarifləndirilməsi” layihəsinə dəstək vermək üçün bir araya toplaşıblar.

Layihə çərçivəsində hazırlanan “Yaxşı ki,varsan!” adlı videoçarx sosial şəbəkədə təqdim olunub. Videoda bəy idmançılarımızın qızlarla dialoqu əks olunub. Videonun mətni isə şeir formatında söylənilib.

Çarxda Azərbaycanın bayrağını yetərincə xarici ölkələrdə ucaldan və öz sahələrinin birinciləri Şahin Atamov, Rafael Ağayev, İlham Zəkiyev, Cavid İmamverdiyev, Rövşən Bayramov, Bəhlul Mustafazadə, Rəşad Əhmədov çəkiliblər.  

Sosial çarxı sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS