SİZİN REKLAM BURADA!
055 213 76 73



Çempionlar Liqasının 1/8 final matçlarının cavab qarşılaşmaları keçirilib.

BAKU.WS-in məlumatına görə, İtaliya futbol klubu "Yuventus" səfərdə "Totenhem" üzərində qələbə qazanıb.

Oyun 1:2 hesabı ilə yekunlaşıb. Qolları 39-cu dəqiqədə Son Xın Min, 64-cü dəqiqə Qonzalo İquain, 67-ci dəqiqədə isə Dibala vurublar.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdır.

Beləliklə, turnirin 1/4 final mərhələsinə "qoca senyora" yüksəlib. Onun rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.

BAKU.WS