SİZİN REKLAM BURADA!
055 213 76 73



“Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil”. Bu sözləri Məşqçilər Komitəsinin üzvü, Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.

Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə “Modern Hospital”a köçürülüb.

“Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır. (APA)

BAKU.WS