VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı K-1 döyüşçüsü Suad Səlimova məşhur mərakeşli döyüşçü Badr Hari ilə görüşüb.

BAKU.WS-in məlumatına görə, azərbaycanlı döyüşçü Badr Hari ilə Hollandiyada görüşüb. S.Səlimova əvvəl Dubayda məşq edirdi. Hazırda isə döyüşçümüz Hollandiyada Badr Harinin məşq etdiyi zalda məşq edir.

Suad Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir. Bununla yanaşı, Suada kikboks üzrə dördqat, uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, Sankt-Peterburqda keçirilən döyüş növləri üzrə Olimpiadanın qalibi və İspaniyada keçirilən WTKA növü üzrə döyüşlərdə dünya çempionudur.

Baxmayaraq ki, Suada Səlimova xaricdə məşq edir, karyerasının sonuna qədər Azərbaycanı təmsil edəcəyini deyib.

Tuncay
BAKU.WS