SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan mətbuat konfransı keçirib.

BAKU.WS “Qafqazinfo”-ya istinadən xəbər verir ki, erməni jurnalistlərdən biri federasiya prezidentinə gözlənilməz sual ünvanlayıb.

Müxbir “Niyə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynayır, bizimkilər yox” sualı ilə Ayrapetyana müraciət edib. O, isə belə cavab verib:

“Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək üçün böyük maliyyə vəsaiti lazımdır. Hansı ki, bizdə o yoxdur. Azərbaycan biznesmenləri bizimkilərdən daha çox sevirlər futbolu”.

BAKU.WS