SİZİN REKLAM BURADA!
055 213 76 73



Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo beşinci dəfə “Qızıl top” mükafatı alıb.

BAKU.WS-in məlumatına görə, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib.

"Messi ilə rəqabət davam edir. Güman edirəm bundan sonra da bir neçə il yüksək səviyyədə çıxış edim. Biz komandamız üçün hər şey edirik. Məncə “Qızıl top” almağa layiq idim" - portuqaliyalı qeyd edib. 

Kriştiano Ronaldo “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FİFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülüb.

Tuncay
BAKU.WS