VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda keçirilən “Qarabağ” – “Çelsi” oyununda nümayiş olunan xoreoqrafiyanın yaranma tarixçəsi açıqlanıb.

BAKU.WS-in məlumatına görə, Türkiyə KİV-də xoreoqrafiyanı yaradanlar barəsində reportaj hazırlayıb.

Məlum olub ki, “Qarabağ” klubunun rəhbərliyi tərəfindən “Fənərbaxça”nın “1907 ÜNİFEB” qrupuna müraciət edilib.

Qrup üzvləri Türkiyədən Bakıya gələrək xoreoqrafiyanın hazırlanmasına başlayıblar. “1907 ÜNİFEB” üzvlərinin sözlərinə görə, “Qarabağ”lı həmkarlarla müzakirələr zamanı sloqan seçildi: “Evdən uzaqda, amma aid olduğun yerdə”. Bu sloqan əslində dünyaya Qarabağ mesajı idi.

Dünya mediasında Çempionlar Liqası çərçivəsində baş tutan oyunda nümayiş olunan xoreoqrafiya ilə bağlı xəbərlərə geniş yer verildi.

BAKU.WS