SİZİN REKLAM BURADA!
055 213 76 73



Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu ərəfəsində təhlükəsizlik tam təmin olunub. 

BAKU.WS-in məlumatına görə, "Çelsi"nin ulduz futbolçularını görmək istəyən azarkeşlər böyük izdiham yaradıb. Klub futbolçularının qaldıqları oteldən məşq edəcəkləri "Bakcell arena"ya kimi azarkeşlər onları yalnız buraxmayıb. 

Polis ciddi tədbir görərək təhlükəsizlik tədbirlərini yerinə yetirib. "Çelsi" futbolçularının təhlükəsizliyini "Bakcell Arena"da təmin etmək üçün 150 polis xidmət göstərib. 

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da start götürəcək.

Nazim
BAKU.WS