SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə kanalında "Qarabağ"ın möhtəşəm "Atletiko Madrid" matçı haqqında danışılıb. 

BAKU.WS-in məlumatına görə, "Tivibuspor" kanalında "Qarabağ"ın oyununu Oğuz Çetin və Özgür Buzbaş dəyərləndirib. Oğuz Çetin bir müddət "Xəzər Lənkəran" klubunda çıxış etdiyi və Azərbaycan futbolunun inkişaf etdiyini vurğulayıb. 

Oğuz Çetin bildirib ki, "Qarabağ" klubu ən çox yatırım edilən Azərbaycan klubudur və Çempionlar liqasında möhtəşəm işlər görürlər: 
"Azərbaycanda Avropa kuboklarında bütün stadion dolu olur və heç bir oyunu rahatlıqla uduzmurlar. Bundan əvvəlki oyunda "Roma" çətinliklə qələbə qazandı. Bu oyunda isə güclü rəqibə qarşı yaxşı oyun göstərdilər", - deyə Oğuz Çetin əlavə edib. 

Şahin
BAKU.WS