» » "Qəbələdə heç nə yoxdur, küçələrdə inəklər gəzir" - Hollandiyalı futbolçu


12-10-2017 | 18:56

  • 6 675

"Qəbələdə heç nə yoxdur, küçələrdə inəklər gəzir" - Hollandiyalı futbolçu


"Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Hollandiya mətbuatına müsahibə verib.

BAKU.WS Qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

- Qəbələdə necə yaşayırsan?

- Qəbələdə heç nə yoxdur. Küçələrdə inəKlər gəzir. Əhalisi çox azdır. Onlar belə oyunlara gəlmirlər. Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdur. Burada futbolun inkişafı üçün ciddi səylər göstərilir. Amma azarkeşlərə oyunlar maraqlı deyil. Biz çempionatda 7 komandaya qarşı oynayırıq. Bütün futbolçular paytaxt Bakıda yaşayırlar. Çünki Qəbələdə yaşanacaq heç nə yoxdur. Çempionatın səviyyəsi Hollandiya birincliyinin sonuncu yerləri üçün mübarizə aparanların mübarizəsinə bənzəyir. Əksər klublar Çempionlar Liqasında çıxış edən "Qarabağ” kimi ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanın ürəyi Bakıdır. Bütün neft pulları bu şəhərdə dövr edir.

- "Qəbələ”yə necə keçdiniz?

- Azad agent olarkən bir çox yerlərdən təklif alırsan. Mənim də variantlarım var idi. "Nürnberq”də 3 il oynadıqdan sonra getməli idim. Əvvəlcə, "Qəbələ”nin təklifi rədd etdim, amma onlar məni komandada görmək istəyirdilər.

- Maliyyə cəhətdən cəlbedici təklif idimi?

- Çox yaxşı müqavilə imzaladım. Maliyyə cəhətdən yaxşı təklif idi. APOEL və "Sürix”dən təklif almışdım. Lakin bu klublar "Qəbələ” qədər pul təklif etmədilər. Bu cür puldan imtina edə bilməzdim. Amma indi düşünürəm ki, pul məni xoşbəxt etmir.

- Niyə?

- Bu yaxınlarda Azərbaycan çempionu "Qarabağ”a qarşı oynadıq. Stadionda 2 mindən az adam var idi. Bəzi oyunlarda isə ümumiyyətlə arenada cəmi 100 və yaxud 200 nəfər olur. Bu çox kədərli mənzərədir. Yəqin ki, hələ bilmədiyim çox şey var. Qəbələdə oyundan öncə ancaq inək görürsən. Sanki onların bağırmasını gözləyirsən. Mən "Utrext” və "Nürnberq” kimi əyləncəsi bol olan klublara lazım olan bir oyunçuyam. Oralarda azarkeşlərlə yaxşı əlaqələr qurdum. Buna görə məsələn, Almaniyada 3 il qaldım. Fədakarlıq və sədaqətimi yüksək qiymətləndirdilər. Mən həmişə 1000 faizi ortaya qoyan oyunçuyam.

- Belə bir mühitdə futboldan necə zövq ala bilərsiz?

- Heç kimə maraqlı olmayan matçlara motivasiya olmaq çətindir. Bəzi matçlarda bilet olsa da, cəmi 50 sentə satılır. Bəli, Azərbaycanda futbolun səviyyəsi yüksək deyil. Həqiqətən yaxşı görünmür. Mən bilirəm ki, Kollins Con və Lorenso Ebesilyo "Qəbələ”də çıxış etdilər. Lakin onlarla əvvəlcədən danışmamışdım. Avropa Liqasında oynamaqda məqsəd "necə alınacağını görək” deyə bir deyim idi. Nəhayət Azərbaycana gəlməklə təxminlərim dəqiqləşdi. Daha bir az da səbrli olmaq lazımdır və gözəl günləri gözləməliyəm. Dion Malone də də eyni hisslərdir. Xoşbəxtlikdən onunla birlikdəyik. Bir-birimizlə çox şeyi danışırıq. Bir yerdə gəzirik, əylənirik və yemək yeyirik. Bilirsiniz, Bakıda həyat var. Burada Avropa şəhərlərində olan hər şey mövcuddur. Böyük mağazalar, yaxşı restoranlar, əyləncə, gecə həyatı...Vaxt 24/7 möhtəşəmdir. Hər şey müasirdir. Formula-1 də daxil olmaqla Bakı mini Dubaya bənzəyir. Sərvət var. Lakin insanlar qəribədir. İnsanların yarısı çox zəngindir, yarısı isə çox kasıbdır. Bakıdan kənarda mərkəzdəki göydələnlərdən fərqli yüz il əvvəl tikilmiş evlər var. Buradakı insanlar mehribandır, dostluğu sevirlər. Amma əcnəbi olduğunuzu biləndə sizdən pul qazanmaq istəyirlər. Taksilərdə eynidir. Əcnəbilərə bahalı qiymətlər deyirlər.

- Azərbaycana gedəcəyinizi biləndə yaxınlarınız nə dedi?

- Mən pul qazanacağımı dedim. Dostlarım Bakıya gəlmək istəsələr də, Hollandiyadan bura birbaşa reys yoxdur. Kiyev və ya İstanbul vasitəsilə uçmalısınız. Bu da təxminən 20 saat çəkəcək. Ailəm və dostlarım bundan əziyyət çəkər. Oğlumun indi bir yaşı var. Keçmiş həyat yoldaşımla ayrılsaq da, əla münasibətlərimiz var. Oğlumu "Facetime” və "Skype” vasitəsilə həftədə görürəm. "Nürnberq”də yaşayarkən hər oyunu onu görürdüm. Onun üçün yenidən Hollandiyaya dönmək istəyirəm.

- Nə vaxt?

- 3 illik müqaviləm olsa da, 1 ildən sonra ayrıla bilərəm. Öz yolumu düşünürəm. Hazırda xaricdə davam etmək istəyirəm. MLS məni cəlb edir. 2018-ci ildə yenidən başlayacaq. Ən azı azarkeşlərlə bol liqadır. Bir idman mədəniyyəti var. Mən keçən il yayda Hollandiyadan təkliflər aldım. Amma qayıtmaq üçün erkən olduğunu düşündüm. Bilmirəm ki, dönərkən necə olacaq. "Utrext” mənim ilk seçimim olacaq. O, sevimli klubum olaraq qalır. Gözəl illərim keçib. Yan Vuytens ilə hələ də əlaqələrim qalır. Hər yaz İbizaya gedirik. Marken Van der Marel mənimlə müntəzəm danışır. Kevin Strootman, Dris Mertens və Van Volfsvinkel kimi oğlanların istedadına sahib deyiləm. Buna görə də cəlbedici təklifi seçirəm. Azərbaycanda xüsusi macəradır. Mənim zəngin təcrübəm var. 27 yaşımda bura gəmlmişəm. Bundan sonrakı transfer dövründə gözəl bir kluba gedəcəyimə ümid edirəm.

BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Октября
21 Октября
20 Октября
Top XəbərlərЛучшее на сайте
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Əsas Xəbər / Hadisə Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Həyat tərzi Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti "partlatdı" (VİDEO) Həyat tərzi / Video Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Şou-biznes / Video Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Sosial "Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI HADİSƏ (FOTO) İdman “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) Həyat tərzi "Əjdaha" ilə döyüş bitdi – İnanılmaz nəticə ilə o maşını tərk etdi – VİDEO Əsas Xəbər / Maşın Şou / Video Maşında Maşında "Əjdəha"nın qisası alındı - Xanımlar üçün sürpriz QƏRAR - VİDEO Əsas Xəbər / Maşın Şou / Video Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: "Mənim bacardığımı heç kişilər də bacarmaz" (VİDEO) Həyat tərzi / Video Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Həyat tərzi Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Əsas Xəbər / Həyat tərzi Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi -  Maşın əldən getdi - VİDEO Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi - Maşın əldən getdi - VİDEO Əsas Xəbər / Maşın Şou 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun Əsas Xəbər / Avto / Sosial Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Əsas Xəbər / Maşın Şou Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Hadisə / Video Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Əsas Xəbər / Maşın Şou Zaur canlı yayımda Sevdaya Zaur canlı yayımda Sevdaya "Biraz da rəqs elə" dedi, müğənni ərinə boylandı (VİDEO) Şou-biznes / Video Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Əsas Xəbər / Maşın Şou / Video Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Hadisə / Video
Son əlavəПоследние публикации
Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə
22 октябрь 2017

Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə

1 253 Əsas Xəbər / Maşın Şou
Bakıda həbsxanada nikah mərasimi baş tutdu
22 октябрь 2017

Bakıda həbsxanada nikah mərasimi baş tutdu

3 947 Sosial
Seks kuklalarından ibarət ilk bordel açıldı
22 октябрь 2017

Seks kuklalarından ibarət ilk bordel açıldı

6 285 Həyat tərzi
Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR
22 октябрь 2017

Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR

5 355 Əsas Xəbər / Sosial
Sabaha olan hava proqnozu açıqlandı
22 октябрь 2017

Sabaha olan hava proqnozu açıqlandı

839 Həyat tərzi
22 октябрь 2017

"Bozbash pictures"i sevənlərə xoş xəbər

5 457 Şou-biznes
Cəbhədə son vəziyyət
22 октябрь 2017

Cəbhədə son vəziyyət

214 Qarabağ
13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)
22 октябрь 2017

13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)

5 031 Şou-biznes / Video