VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirəcək.

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız 3:0 hesablı qələbəyə sevinib.

İlk setdə uzun müddət geridə olan komandamız sonradan toparlanaraq hissəni qələbə ilə başa vurub. Rəqibin gücü isə bundan sonra tükənib. Digər iki setdə rahat oynayan və asan qalib gələn millimiz yekunda darmadağına imza atıb.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur

Macarıstan – Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)

BAKU.WS