VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və 3 qat Dünya çempionu Hacı Əliyev ATV-də yayımlanan "Kişi Klubu" verilişində qonaq olub. 

BAKU.WS-in məlumatına görə, güləşçimiz Hacı Əliyev idman kariyerası və həyatı haqqında danışıb: 

"Getdiyim yol çox əziyyətli və uzun yoldu. İdmanda qalırsansa əziyyəti sona qədər çəkmək lazımdır. İdmana gələnlər çox olur, amma sona qaədər qalanlar çox az olur. Amma sonda bir Avropa, dünya çempionu olur. Biz qalib gələndə hər kəs sevinir, şəkillərimizi paylaşır. Ancaq məğlub olanda idmançını tənqid edirlər. Əslində idmançı məğlub olanda ona dəstək olmaq lazımdır".

Bəzi idmançılar var ki, ele də böyük nəticə qazanmır, amma həmişə özünü gözə soxur. Onsuz xalqın gözü tərəzidir. Hamı bilir ki, hansı idmançının nəticəsi, səviyyəsi nədir. Elə idmançılar var ki, idmana məxsus olmayan hərəkətlər edir. Arada yüngüllük edirlər. Şəxsən o insanlar məni qıcıqlandırır".

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov isə dünya çempionumuzu kiçik yaşlarından tanıdığını deyib: "Mən Hacını da, qardaşı Yaşarı da və atasını da özüm güləşən vaxtlarımdan tanıyıram. Komandada Hacı kimi istedadlı uşaq azdır. Özündən işləyir və çox tələbkardır. Hələ indiyə qədər Hacı bir dəfə də olsun məşqə gecikməyib. Çox məsuliyyətli idmançıdır və daim öz üzərində çalışır".

BAKU.WS