VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək.

BAKU.WS-in məlumatına görə, “Mübarizlər” layihəsi ekstrimsevərlərə fəal istirahətin tam yeni formatını təklif edir - çətin keçilən ərazidə maneəli qaçış.

Maneələr xüsusi olaraq elə hazırlanıb ki, parkuru keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Komanda iştirakı üçün 5 km uzunluğu olan parkuru fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibləri müxtəlif məbləğlərdə pul mükafatına layiq görüləcək.

Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və geyinib-soyunma otaqları nəzərdə tutulub.

İdman formasından asılı olmayaraq yarışmada istənilən hər kəs iştirak edə bilər –bunun üçün mubarizler.az saytında qeydiyyatdan keçmək kifayətdir.

Turnirin direktoru Elvin İsmayılov bildirib ki, yarışmanın adı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına həsr olunub. Onun sözlərinə görə, artıq 1500 iştirakçı qeydiyyatdan keçib.

Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik.

Turnirin rəsmi açılışı 23 sentyabrda FHN Təlim-Tədris mərkəzində “Gilan Holding”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə baş tutacaq. Mərasimə Azərbaycanın məşhur müğənniləri də rənq qatacaq.

Tuncay
BAKU.WS