VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Slovakiyanın “Jilina” komandasında icarə hüququnda çıxış etmiş və bu günlərdə müqaviləsinə xitam verilmiş futbolçu Ramil Şeydayev “Qarabağ” klubuna keçir.

BAKU.WS-in məlumatına görə, virtualaz.org məlumatlı mənbələrdən alınmış informasiyaya istinadən xəbər verir ki, müqavilə üzrə bağlı olduğu Türkiyənin “Trabzonspor” klubuna qayıtmaq istəmədiyini bildirmiş forvard Ağdam klubunun şərəfini qoruyacaq.

Klub bu transferlə bağlı hələlik rəsmi məlumat yayımlamayıb.

BAKU.WS