VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdur”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.

Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsbət cavablandırması real görünmür: “Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.

Qeyd edək ki, UEFA “Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.

BAKU.WS