VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasının biletləri satışa çıxarılır.

Ağdam klubunun saytında yerləşdirilmiş məlumata əsasən, azarkeşlər iyulun 7-si saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" – "Samtredia" matçı iyulun 11-i saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5 AZN

VİP - 30 AZN
 
BAKU.WS