SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Məşhur pilot Fernando Alonso bu gün Bakıya gəlib.
 
BAKU.WS-in məlumatına görə, "McLaren Honda” komandasının sürücüsü Fernando Alonso Bakıya gəlməsi haqda Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. 

22-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarış həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

Cədvələ əsasən tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər.

Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

İman
BAKU.WS