SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.
 
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.
 
Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).
 
Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, "onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək. 
 
BAKU.WS