VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Karatenin "Brilyant oğlanı" Rafael Ağayev Heydər Əliyev mərkəzində uşaqlar üçün karate dərsi keçəcək.
 
BAKU.WS-in məlumatına görə, 5 qat dünya çempionu master klası iyun ayının 18-də saat 10:00-da mərkəzin parkında baş tutacaq. Bu barədə Heydər Əliyev mərkəzindən BAKU.WS-ə məlumat verilib. İştirak etmək istəyənlər karate formasında dərsə qoşula bilər. Yaş həddi 15-18 yaş. Qeyd edək ki, giriş sərbəstdir.

Rafael Ağayev 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 

İman 
BAKU.WS