SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanın Avropa Liqasındakı təmsilçisi "Qarabağ" İsveçrənin "Yanq Boyz" klubuna rəqib olub.
 
BAKU.WS-in məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində ağdamlıların rəqibi İsveçrənin Bern şəhərini təmsil edir. Ölkəsinin ən titullu klublarından olan "Yanq Boyz"un forma rəngi sarı-qaradır.
 
11 dəfə ölkə çempionluğu yaşayan klub 6 dəfə isə İsveçrə Kubokunu qazanıb. Son illər çempionluğa həsrət qalan klub 19 ildirki İsveçrə çempionu ala bilmir. 1898-ci ildə qurulan "Yanq Boyz" Avropa liqalarında son illər qruplara qalmağı bacarır.
 
Ötən mövsüm "Napoli" və "Sparta Praqa" kimi güclü klublarla birgə düşdüyü qrupdan çıxa bilmişdi. Ancaq 1/16 mərhələsində "Everton"a rəqib olan İsveç klubu ingilis səddini keçə bilməmişdi (1–4, 1–3). 
 
Heyətindəki futbolçuların ümumi dəyəri 26 milyon avro olan "Yanq Boyz" son 4 oyunun cəmi birində məğlub olub. 
 

"Yanq Boyz"un heyətindəki futbolçular isə bunlardır: