VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çeçenistan prezidenti Ramzan Kadırov məşq prosesini Instagram-da paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, idman zalında məşq edən çeçen lider daim formada qalmaq üçün zəhmət çəkmək lazım gəldiyini bildirir. 
 
Kadırov "Uğur qazanmaq üçün sonuna qədər getmək lazımdır" fikri ilə hərəkət etdiyini əlavə edir. 
 
Ramzan Əhmədoğlu Kadırov 5 oktyabr 1976-cı ildə, Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Çeçenistan Respublikasının dövlət başçısı olub. Dövlət başçısı olmadan əvvəl baş nazirlik postunda çalışıb. 

Şahin Həbibov
BAKU.WS