VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
 
BAKU.WS-in Apasport.az-a istinadən verdiyi xəbərə görə, "Barselona” – "Yuventus” və "Monako” – "Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.
 
"Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Yuventus”la öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.
 
"Monako” – "Borussiya” görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
19 aprel
 
"Barselona” (İspaniya) – "Yuventus” (İtaliya) - 0:0
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 0:3
 
"Barselona”: 1. Mark Andre Ter Ştegen, 3. Jerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta, 9. Luis Suarez, 10. Lionel Messi, 11. Neymar, 18. Xordi Alba, 20. Serxi Roberto, 23. Samuel Umtiti
 
"Yuventus”: 1. Canulici Buffon, 3. Corco Kyellini, 5. Miralem Pyaniç, 6. Sami Kedira, 7. Xuan Kuadrado, 9. Qonzalo İquayn, 12. Aleks Sandro, 17. Mario Mancukiç, 19. Leonardo Bonuççi, 21. Pablo Dibala, 23. Dani Alves
  
"Monako” (Fransa) – "Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 3:2
 
"Monako”: 1. Daniel Subaşiç, 5. Jemerson, 8. Joao Moutinyo, 9. Radamel Falkao (k), 10. Bernardo Silva, 14. Tiemoue Bakayoko, 23. Benjamin Mendi, 25. Kamil Glik, 27. Tomas Lemar, 29. Kulian Mbappe, 38. Almamu Ture
 
"Borussiya”: 38. Roman Bürki, 8. Nuri Şahin, 11. Marko Roys (k), 13. Rafael Querreriro, 17. Pyer-Emerik Obameyanq, 23. Şinji Kaqava, 25. Sokratis Papastatopulos, 26. Lukas Pişçek, 28. Matthias Qinter, 33. Yulian Vayql, 37. Erik Durm.
 
BAKU.WS