VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev Instagram-da yeni video paylaşıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azərin son paylaşdığı videodan formada olduğunu görmək olar. 170 kq. çəki ilə məşq edən Azər izləyənləri heyran qoyub. 
 
Qeyd edək ki, hər Azər Əliyev peşəkar idmançıdır. O, 2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub. 
 
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb. 
 
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.
  
BAKU.WS