SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rumıniyanın paytaxtı Buxarest şəhərində Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.

"Report" xəbər verir ki, çempionatda Azərbaycanı 5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında – Abdulrəhman Abdullayev (54 kq), Alid Məmmədzadə (67 kq) və Fərid Məmmədzadə (70 kq), gənclərin yarışında isə -Mirfaiq Qəniyev (51 kq) və Müslüm Salahov (60 kq) çıxış ediblər.

Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfayiq Qəniyev, Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.

Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.
 
BAKU.WS