VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Həzi Aslanov" stansiyasında eskalator təmirə dayandırılır.

BAKU.WS məlumat verir ki, bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi məlumat yayıb. O bildirib ki, "Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib:
 
"Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. 1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq. "Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir".
 
BAKU.WS