SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Şəfa Mehmanqızı bu barədə öz Facebook səhifəsində yazıb.
 
NİİM-in sabiq mətbuat xidmətinin rəhbəri işdən ayrılması ilə bağlı bunları yazıb: "4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm. Hər kəsə uğurlar!"
 
BAKU.WS