VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-i saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Bundan başqa, qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

BAKU.WS