SİZİN REKLAM BURADA!
055 213 76 73



Səhiyyə naziri Oqtay Şirəliyev “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar əksini tapıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə sayta bildirib ki, yarışlarında 12 təcili yardım briqadası xidmət göstərəcək. Qapalı zonaların hər birində 3 briqada yerləşdiriləcək, 8 briqada daim növbə çəkəcək. “Təcili yardım həkimləri artıq 3 ildir ki, bu tədbirlərdə iştirak edirlər, təcrübəlidirlər. Bu il də treninqlər keçirilib, tibb heyəti təlimatlandırılıb. Təcili yardım yüksək səviyyədə çalışacaq.

Baş həkim onu da qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəzi hazır vəziyyətə gətirilib.

BAKU.WS