SİZİN REKLAM BURADA!
055 213 76 73




Sosial şəbəkərin bağlanılması və ya girişinin məhdudlaşdırılması ilə bağlı istər millət vəkilləri, istərsə də digər ictimai-siyasi xadimlərin absurd bəyanatlar ilə vaxtaşırı KİV-də rastlaşmaq olar. Azərbaycan da daxil olmaqla bütün dünyada insanların sosial şəbəkələr və platformalara artan aludəçiliyi fonunda bu çağırışların absurdluğu daha da güclənir.

BAKU.WS xəbər verir ki, bu tendensiya qarşı çıxanlara münasibət birmənalı olmur. Müasir sivilizasiyasının rəqəmsal nemətindən imtina edənlər, “Nokia 3310 şahidləri sektası” üzvləri (red.-Finlandiya brendinin retromodel ilə internetə daxil olmaq mümkün deyildi) və ya rəssam və yazıçı Fərhad Yalquzaq kimi meşəyə köçmək kimi radikal addıma əl atanlar daha çox marginal hesab olunur.



Sosioloqlar deyir rəqəmsal dünyanı tərk etmək istəyənlərin sayı az da olsa artır. Cəmiyyətin rəqəmsallaşması əks-təsirə səbəb olur çünku bu insanlar dost-tanışın sosial şəbəkədəki lentinə baxaraq onların həyatını yaşamaq istəmirlər. Əksəriyyət isə sosial şəbəkələrin inkanları faktiki həyatdakı imkanlarında daha çox olduğu üçün oranı tərk etmir və virtual dünyanı tərk edənləri geri çağırır, - deyə sosioloq Rəşad Əsgərov bildirib.

“İnsanı inandırırlar ki, sosial şəbəkədən istifadə etmək ilə assosiallaşmaqdan daha çox sosiallığa meyil edirlər. Dost-tanışı ora qaytarmaq ilə onunla öz münasibtləri əlaqələrini daha geniş qurmaq imkanına malik olurlar. İnsan nəinki sosial şəbəkə hətta reklama 20-30 dəfə baxanda, ona öyrənir. Sosial şəbəkədən çıxan şəxsə birtəhər baxırlar. Çünki bu insanla danışmaq olmur, o maraqlı deyil. Tərk edənlər isə həyatdan geri qaldığı üçün yenidən rəqəmsal dünyaya qayıdır.”
Sirr deyil ki, sosial şəbəkələr fenomeni informasiya sahəsinə yenilik gətirdi. Lakin ondan sonda bir növ “yorğunluq” hökm sürməyə başlayıb. Böyük əksəriyyət üçün isə bu artıq virtual həyatdan real həyata keçib. İnformasiya kommunikasiyaları üzrə ekspert Osman Gündüz deyir ki, Azərbaycanda sosisal media istifadəçilərin sayı 3 milyona çatır və bu rəqəm artacaq.

“Ən ucuz, keyfiyyətli çevik və ucuz üsul hələ ki budur. Cəmiyyətdə inkişaf etdikcə, onların xüsusi çəkisi artacaq. Ola bilsin dövlət, özəl sektor bu platforma üzərindən xidmətlər göstərsin. Bunun faydalı tərəfini artırmaq, qabartmaq lazımdır.” 



Psixoloqların qənaətinə görə, internet alüdəçiliyin simptomları digər alüdəçiliylərin siptomları ilə üst-üstə düşür. insanın əhval-ruhiyyəsi gəfildən pozulur mənfi emosiyalar yaranır, internetə giriş məhdudlaşanda panika yaranır,
lazımi emosional effekti əldə etmək üçün internetdə daha çox vaxt keçirilir
alkoqol alüdəçiləri kimi internet-aludəçiliyin gəbul ediməməsi (bu həm fiziki, həm də psixoloji səviyyədə özünü göstərir
Sosio-psixoloq Zaur Tahirsoy bildirir ki, insan özünü xoşbəxt hiss etdikdə, beynində dofomin ifraz olunur. Mütəxəssis bunu həmçinin insanın EQO-su ilə əlaqələndirir.

“İnsana nə gədər çox “like” və tərif gəlirsə, bir o gədər o bunu sevir. Natamamlıq hissi və sosial fobiyası olan insanlar sosial şəbəkəyə qaçır. O insanlar ki, real həyatda ünsiyət qurmağa problemlər yaşayır, sosial media və şəbəkədən çıxmır. Bu kimi alüdəçiliyə real həyatda təsürat emosiya, çatışmazlığı ilə üzləşən insanları daha tez təsirinə düşür.”

Mütəxəssis əmindir ki, qəfildən sosial mediadan çıxan depresiyaya düşə bilər, onda bir növ boşluq yarana bilər. Müasir cəmiyyətə uyğunlaşmağa lazımdır, onun əksinə getmək olmaz, -əmindir Z.Tahirsoy.

Belə, müasir dövrün tendensiyasından imtina etmək qərarı verməli olsaz, yaranacaq boş vaxtlarınızı nə ilə dolduracaqsız sualına əvvəlcədən müəyyənləşdirin. 

İsmayıl Fətəliyev
BAKU.WS