055 213 76 73
20 yaşlı tələbə qız: “O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm”; 18 yaşlı tələbə qız: “Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”
Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə də məlumat vermişik.
“Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən"
“Ötən ilin noyabr ayında ”İnstagram"da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur".
Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, “effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq “iş işdən keçib”, bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, “sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə ”aybaşı" olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, “həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.
“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı”.
Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:
“Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.
“Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”
“2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla ”İnstagram"da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, “Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən”. Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.
“Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın”.
Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.