SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazaxıstanın "Air Astana" aviaşirkəti cari il mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.

"Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək.

BAKU.WS