SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda şəxsi avtomobili olan vətəndaşların yalnız 17%-i uşaq avto-oturacaqlarından istifadə edir. Azərbaycan Milli Avtomobil Klubu İctimai Birliyi (AMAK) yerli və beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi araşdırma nəticəsində bu qənaətə gəlib. Məlum olub ki, bunun əsas səbəblərindən biri valideynlərin bu barədə məlumatsızlığı və avto-oturacağın uşağın təhlükəsizliyi üçün vacib olmasına ciddi yanaşmamalarıdır.

Bunu nəticəsində yol qəza hadisələri zamanı uşaqlar müxtəlif dərəcəli xəsarətlər alır, əlillik qazanır və ya həyatını itirir.

AMAK oz növbəsində 2017-ci ilin oktyabr ayından etibarən Yol Hərəkəti Təhlükəsizliyi üçün QHT-lərin Qlobal Alyansı qurumunun dəstəyi ilə tədqiqat xarakterli kiçik bir layihəyə start verib. Layihə çərçivəsində Bakı şəhərində valideynlər və himayədarlar arasında uşaq avto-oturacaqlarının istifadəsinə və əhəmiyyətinə dair mövcud məlumatın toplanması məqsədilə sorğular və görüşlər keçiriilib.

Layihənin növbəti mərhələsi olaraq, AMAK 2018-ci ilin yanvardan etibarən Beynəlxalq Avtomobil Federasiyası Fondunun (FIAF) dəstəyi ilə “Avtomobillərdə uşaq təhlükəsizliyi” layihəsinə start verib. Layihənin məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və ciddi xəsarətlərin, eləcə də ölüm hadisələrinin sayını azaltmaq və bu sahədə mövcud qanunvericilikdə dəyişikliyə nail olmaqdır. Layihə çərçivəsində valideynlər və himayədarlar arasında uşaq avto-oturacaqlarını təbliğ etmək üçün maarifləndirmə kampaniyası, o cümlədən, sorğular, uyğun mövzularda təlimlər keçirilməsi planlaşdırırlır. Bu məqsədlə, artıq bir sıra özəl bağçalarda valideynlər arasında uşaq avto-oturacaqların vacibliyi barədə görüşlər və sorğular həyata keçirilib. Sorğunun daha geniş ictimaiyyət arasında keçirilməsi üçün orta məktəblərdə təhsil alan uşaqların valideynləri və ya himayədarları arasında da keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində 2019-cu ilin sonunadək “Uşaq avto-oturacaqları” metodik vəsaitindən istifadə edərək Avtomobillərdə Uşaq Təhlükəsizliyinin təbliği kampaniyasını həyata keçirmək, məsələnin ictimailəşdirilməsi məqsədilə media nümayəndələri üçün mövzu üzrə seminarların təşkil etmək, bağçalarda, məktəblərdə valideynlərlə görüşlər təşkil etmək, sorğuların nəticələrini qiymətləndirmək və müvafiq tövsiyələr toplusu hazırlamaq kimi fəaliyyətlər planlaşdırılır. Sözügedən fəaliyyətlərin əlaqədar hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.