VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən həftə Sumqayıt telekanalı olan “Dünya” TV-də Abşeron rayonu Masazır kəndi ilə bağlı süjeti sakinləri hiddətləndirib. Sujetdə verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Masazır kəndinin Abşeron küçəsinin təmirinə başlanılıb. Yola qrabilin töküldüyü qeyd olunub.

BAKU.WS-in məlumatına görə, həmin küçənin sakini Elməddin Əliyev Bizimyol.info-ya bildirib ki, həç də hər şey sujetdə göstərildiyi kimi deyil: “Səlahiyyətli şəxslər 200 metr yola daş töküblər. İş prosesinə “Dünya” TV-nin əməkdaşlarını dəvət ediblər. Onlar da çəkiliş aparıblar. Çəkiliş bitəndən sonra yolun təmiri işləri davam etdirilməyib. Amma telekanalda bildirilib ki Abşeron küçəsinə yol salınıb. Sadəcə 200 metrə qrabil töküblər”.

Şikayətçi bildirib ki, sakinlərin payız-qış aylarında gedişləri daha da çətinləşir: “Hazırda da Abşeron keçəsində dözülməz vəziyyət hökm sürür”.

Sakin E.Əliyevin çəkdiyi Abşeron küçəsinin yolunun videogörüntüsünü təqdim edirik:

BAKU.WS