SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq quruma üzvlük üçün sənəd qəbulunu bərpa edib.

VK-nın Rəyasət Heyətindən BAKU.WS-ə verilən məlumata görə, VK üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiqləmələri zəruridir.

Sənədlər VK Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə VK-nın Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.

BAKU.WS