» » Yeni şəxsiyyət vəsiqələrinin möhtəşəm üstünlükləri (FOTO)


07-12-2017 | 14:56

  • 3 582

Yeni şəxsiyyət vəsiqələrinin möhtəşəm üstünlükləri (FOTO)


Yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb.

BAKU.WS xəbər verir ki, bunu "APA-Economics"ə açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.

Onun sözlərinə görə, bu infrastruktur növbəti illərdən təqdim olunması nəzərdə tutulan vəsiqələr üçün "elektron imza" sertifikatlarını təmin edəcək.

"Ümumilikdə, bu infrastruktur, bu həllər vətəndaşlarımıza sığorta xidmətləri, internet bankçılıq, elektron sifariş və müqavilələr, elektron ödənişlər, ümumiyyətlə "elektron hökumət" portalında fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi xidmətləri əldə etmək üçün açar rolunu oynayacaq. Bu xidmətlərin əldə olunması hər bir vətəndaşımız üçün əlçatan olacaq. Çünki "elektron imza"ların vəsiqələrə tətbiq olunması nəzərdə tutulduğu üçün hər bir vətəndaşımız bu imkanlardan yararlanacaq. Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqələrində "elektron imza" sertifikatlarının olması hər bir vətəndaş üçün qurulacaq infrastruktur sistemində şəxsi kabinet olmasına da səbəb olacaq ki, bu şəxsi kabinetdə hər birimiz haqqında məlumatlar var. Artıq "e-id.az" portalı tərəfimizdən hazırlanıb, istifadəyə tam hazırdır. Portalda özünəxidmət funksiyaları yerləşdirilib, hansı ki, şəxsi kabinet modellərində həmin informasiyalar cəmlənib. Portala hər bir şəxs daxil olduqda özünə aid olan məlumatları görəcək", - deyə H.Abbasov qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək: "Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsində olan "elektron imza" vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə həm imza və autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq".

Yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına gəlincə, MHM mütəxəssisi qeyd edib ki, artıq bununla bağlı işlər görülür: "Biz vəsiqələrdə olacaq "elektron imza"lardan xarici dövlətlərdə istifadəsi olunmasını nəzərdə tuturuq. Eyni zamanda qonşu dövlətlərin imzalarının bizdə tanınması üçün artıq infrastruktur qurulması planlaşdırılır. Növbəti illərdə qonşu dövlətlər, Türkiyə, Qazaxıstan, Rusiya, İran, Gürcüstanla körpü mərkəz formalaşdırılacaq ki, bununla da istənilən vətəndaşımız öz evində oturaraq Türkiyədə hansısa bank hesabı aça, etibarnamə göndərə biləcək. Bizim formalaşdırdığımız elektron sənədin və ona əlavə olunan elektron imzanın qarşı tərəfə tanınması üçün bu istiqamətdə işlər həyata keçirilib, növbəti illərdən real praktikada tətbiqi nəzərdə tutulub. Türkiyə tərəfi ilə danışıqlar aparılır və beynəlxalq standartlara tam şəkildə cavab verməsi üçün texnoloji tərəfləri araşdırılır".

Qeyd edək ki, gələn ildən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vəsiqələrdə xüsusi çiplər olacaq ki, bu çiplərdə də "elektron imza" sertifikatları tətbiq ediləcək. Təqdim olunan elektron imzaların müddəti 5 ildir, vəsiqələrin müddəti isə 10 illikdir. 5 ildən sonra vətəndaş kartını sistemə daxil etməklə elektron imzanı avtomatik yeniləyəcək.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
"Oba"da qiymətlərin niyə ucuz olmasının sirri bilindi - Marketlər Şəbəkəsindən AÇIQLAMA (FOTO) Əsas Xəbər / Sosial "Lotu Quli" Instagram-da canlı yayıma çıxdı: "Gəncəni Rəşada tapşırmışam" (VİDEO) Həyat tərzi / Video Afaq Aslan lüt fotosessiya etdi (FOTO) Afaq Aslan lüt fotosessiya etdi (FOTO) Şou-biznes Anar Nağılbaz: Anar Nağılbaz: "Yoldaşım evə bahalı ciplərlə gəlirdi" Şou-biznes / Video / Sosial Bakıda özünü binadan atan qızın intihar SƏBƏBİ BİLİNDİ (FOTO) Bakıda özünü binadan atan qızın intihar SƏBƏBİ BİLİNDİ (FOTO) Hadisə Salyanda arvadını və dörd qızını öldürən manyak-qatil ilk və ən böyük cəzasını aldı (FOTO) Salyanda arvadını və dörd qızını öldürən manyak-qatil ilk və ən böyük cəzasını aldı (FOTO) Əsas Xəbər / Hadisə Rus rəqqasə Ramil Nabranın trekinə rəqs etdi, Instagram-ı Rus rəqqasə Ramil Nabranın trekinə rəqs etdi, Instagram-ı "partlatdı" (VİDEO) Həyat tərzi / Video Anar Nağılbazdan daha bir Anar Nağılbazdan daha bir "partlayış" (AUDİO) Şou-biznes Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm (VİDEO) Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm (VİDEO) Şou-biznes Prezident İlham Əliyev Səməd Qurbanovun nəhəng istixana kompleksində (FOTO) Prezident İlham Əliyev Səməd Qurbanovun nəhəng istixana kompleksində (FOTO) Əsas Xəbər / İqtisadiyyat Xocalıda bütün ailəsi şəhid olan, 4 yaşında əsir düşən Mehdinin toyu oldu (FOTO) Xocalıda bütün ailəsi şəhid olan, 4 yaşında əsir düşən Mehdinin toyu oldu (FOTO) Həyat tərzi Fazil Məmmədovun nazir postundan çıxarılmasının səbəbi bilindi Fazil Məmmədovun nazir postundan çıxarılmasının səbəbi bilindi Əsas Xəbər / Siyasət Rəqqasə Renka: “Seks ikinci plandadır, gecə 1-dən sonra adamda hal qalar?” - MÜSAHİBƏ Rəqqasə Renka: “Seks ikinci plandadır, gecə 1-dən sonra adamda hal qalar?” - MÜSAHİBƏ Şou-biznes Anar Nağılbaz ölümcül halda xəstəxanaya yerləşdirildi Anar Nağılbaz ölümcül halda xəstəxanaya yerləşdirildi Hadisə Natavan Həbibi ərindən niyə boşandı? - Müğənni status yazdı Natavan Həbibi ərindən niyə boşandı? - Müğənni status yazdı Şou-biznes Təhlükəli oyun Azərbaycanda yayıldı: Gənclər özünü öldürməyə başladı Təhlükəli oyun Azərbaycanda yayıldı: Gənclər özünü öldürməyə başladı Hadisə Mikayıl Cabbarov Vergilər naziri təyin edildi Mikayıl Cabbarov Vergilər naziri təyin edildi Əsas Xəbər / Siyasət WhatsApp-dan internetsiz istifadənin ən sadə yolu - Cəmi 5 addıma WhatsApp-dan internetsiz istifadənin ən sadə yolu - Cəmi 5 addıma Həyat tərzi Maral Tahirqızı yayılan porno videodan danışdı: Maral Tahirqızı yayılan porno videodan danışdı: "Axı, sən məni niyə biabır edirsən?" Şou-biznes Bu avtomobillərin gömrük rüsumu 75 faiz artırılır - Qiymətlər sürətlə bahalaşır Bu avtomobillərin gömrük rüsumu 75 faiz artırılır - Qiymətlər sürətlə bahalaşır Əsas Xəbər / Avto
Son əlavəПоследние публикации
Fazil Məmmədovun ailə fotolorı - FOTOLAR
11 декабрь 2017

Fazil Məmmədovun ailə fotolorı - FOTOLAR

5 702 Həyat tərzi
Ramil Səfərovun rütbəsi artırıldı (FOTO)
11 декабрь 2017

Ramil Səfərovun rütbəsi artırıldı (FOTO)

1 278 Qarabağ
Leyla Əliyeva Gürcüstanda Kaxa Kaladze ilə görüşdü (FOTO)
11 декабрь 2017

Leyla Əliyeva Gürcüstanda Kaxa Kaladze ilə görüşdü (FOTO)

1 270 Əsas Xəbər / Sosial
Bacısının ərini və qayınatasını güllələdi
11 декабрь 2017

Bacısının ərini və qayınatasını güllələdi

729 Hadisə
Manatın sabaha olan məzənnəsi
11 декабрь 2017

Manatın sabaha olan məzənnəsi

368 İqtisadiyyat
Bakıda dəhşətli qəza:
10 декабрь 2017

Bakıda dəhşətli qəza: "Mercedes" iki yerə bölündü, sürücü öldü (VİDEO)

11 186 Əsas Xəbər / Hadisə / Video
Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
10 декабрь 2017

Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq

1 828 İqtisadiyyat
London polisindən azərbaycanlı iş adamına zərbə
10 декабрь 2017

London polisindən azərbaycanlı iş adamına zərbə

1 740 Hadisə