SİZİN REKLAM BURADA!
055 213 76 73



Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur.

Bu barədə BAKU.WS-ə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb. Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də bu qayda ilə davam edəcək.

BAKU.WS