SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda asfalta çəkilən ağ xətt sürücülərin kütləvi şəkildə cərimələnməsinə səbəb olur.

BAKU.WS-in məlumatına görə, Bakı-Sumqayıt yolundan üzü 20 Yanvar dairəsi istiqamətində hərəkət edən avtomobillər tuneldən çıxarkən qayda pozur. Belə ki, yolda çəkilən ağ xətt 20 Yanvar dairəsi istiqamətində hərəkət edən sürücülərin diqqətindən yayınır.

Sol yolda hərəkət edən avtomobil əgər ağ xətti keçərək sağ yola keçərsə, kameraya düşür və avtomatik qaydada 40 manat cərimələnir.  

Sürücülərə bu yolda diqqətli olmağı, vaxtında mövqeyini düzgün tutaraq yol nəqliyyat işarələrinə əməl etmələrini tövsiyyə edirik. 

Qeyd edək ki, bu yol nişanları tıxac və qəzalı vəziyyətin maksimum qarşısını almaq və yollarda vəziyyətin daha da təhlükəsiz olmasına şərait yaradır. 

Nazim
BAKU.WS