SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi CBC telekanalına yeni direktor təyin olunub. Yeni direktir CBC-nin keçmiş baş direktoru Azər Xəlilovun qardaşı Vüqar Xəlilovdur.

Bəs Vüqar Xəlilov bu vəzifəyə necə gəlib?

BAKU.WS repost.az-a istinadən xəbər verir ki, Vüqar Xəlilov 20 ildən çox Azadlıq Radiosu və BBC-də işləyib. 2009-cu ildə o, Londondan Bişkekə köçüb və orada Avropa modelində ölkənin ilk piar-şirkətini təsis edib. Flexi Communications Qırğızstanda və digər Mərkəzi Asiya ölkələrində yerli və xarici şirkətlərə korporativ-maliyyə kommunikasiyaları, bazar tənzimləyiciləri ilə qarşılıqlı fəaliyyət, marketinq, web-dizayn və xüsusi tədbirlərin təşkili sahəsində xidmətlər göstərən agentlik olub.

Həmin ərəfədə Böyük Britaniya vətəndaşı olan Vüqar Xəlilov 12 aprel 2010-cu ildə Bişkekdə qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilib. Lakin Vüqar özü və vəkili bu ittihamları cəfəng və uydurma ittihamlar adlandırıblar. Xəlilovun saxlanılması zamanı yalnız onun vətəndaş hüquqları deyil, həm də beynəlxalq norma və qanunlar pozulub. Böyük Britaniya səfirliyinin çoxsaylı diplomatik notaları cavabsız qalıb.

Bişkekin Pervomay rayon məhkəməsi 2010-cu il avqustun 6-da Xəlilovun işinə baxıb və ona bəraət verib. Qırğızstan qanunlarına əsasən, hökm 10 gündən sonra, yəni avqustun 16-da qüvvəyə minir. Lakin hökmün qüvvəyə minməsinə bir neçə saat qalmış prokurorluq məhkəmənin qərarından etiraz verib. Sentyabrın 7-də Bişkek Şəhər Məhkəməsi prokurorluğun etirazına baxıb və bəraət hökmünü qüvvədə saxlayıb və Vüqar Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

Qırğızstan hakimiyyətinin daha bir ittihamı Xəlilovun Bakiyevlər ailəsinin çirkli pullarını yuması və Bakiyevin oğlu Maksimlə dostluq etməsi olub. İstintaq zamanı onu həmçinin Britaniya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham etməyə çalışıblar.

Azadlığa çıxdıqdan bir müddət sonra o, Azərbaycana gəlib və 2015-ci ildə parlament seçkiləri ərəfəsində "seçki-2015.az" saytını təsis edib.

BAKU.WS